Bakıda bir həftə əvvəl ölmüş şəxsin meyiti qəbirdən çıxarılıb

Oxundu: 104
 Bakıda bir həftə əvvəl ölmüş şəxsin meyiti qəbirdən çıxarılıb

Mərhumun yaxınları M.Hacıyevin ölümündə cinayət motivlərinin olmasından şübhələnərək ekspertizaya müraciət ediblər

Bakıda bir həftə əvvəl ölmüş şəxsin meyiti qəbirdən çıxarılıb.


İslaminSesi-nin APA-ya istinadla məlumatına görə, Qaradağ rayon sakini, 1954-cü il təvəllüdlü Hacıyev Mirsahib Mirağa oğlu 7 gün bundan qabaq vəfat edib.

 

 

Mərhumun yaxınları M.Hacıyevin ölümündə cinayət motivlərinin olmasından şübhələnərək ekspertizaya müraciət ediblər.


Yaxınlarının müraciəti əsasında sentyabrın 9-u M.Hacıyevin məzarı açılıb və meyiti müayinə olunub.


Müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.


Ölümün dəqiq səbəbləri ekspertizanın verdiyi yekun rəydə məlum olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system