NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda bəzi sürüşmə əraziləri aktivləşib

Oxundu: 91
Bakıda bəzi sürüşmə əraziləri aktivləşib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı sürüşmə əraziləri ilə bağlı mövcud vəziyyəti açıqlayıb.

Nazirlikdən  bildirilib ki, Bayıl və "Teleqüllə" sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Badamdar sürüşmə sahəsi - istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyət saxlanılmaqdadır.

 

Səbail rayonunda "Buxta küçəsi" sahədə quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.

 

Suraxanı rayonunda Əhmədli - Günəşli arası sürüşmə sahəsində isə aktivlik qeydə alınmayıb. Ancaq "Zığ-1" sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub. Nisbi aktivlik həmçinin Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Nübar qəsəbəsindəki sahədə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında qeydə alınıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system