Bakıda bayram yarmarkaları təşkil ediləcək

Oxundu: 100
Bakıda bayram yarmarkaları təşkil ediləcək

Kənd təsərrüfatı nazirliyi tərəfindən dekabrın 21-dən 30-na qədər 10 gün müddətində “Kənddən şəhərə” bayram yarmarkaları təşkil edələcək.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.

 

M.Musayevin sözlərinə görə, bayram yarmarkalarının keçiriləcəyi ünvanların sayı artırılıb:

 

“İndiyədək 4 yarmarka fəaliyyət göstərirdi. Adi vaxtlarda şənbə-bazar günləri fəaliyyət göstərən yarmarkalar  bayram günlərində gündəlik rejimə keçəcəklər. Bunlar “Gənclik” metrostansiyasının yaxınlığında, Yasamalda, Binəqədidə, Xırdalandadır. Təşkil olunacaq 5-ci yarmarkanın ünvanı gələn həftə dəqiqləşəcək. Bununla da 5 yarmarkamız 10 gün müddətində gündəlik olaraq fəaliyyət göstərəcək”.

 

M.Musayev deyib ki, məhsul satışı ilə bağlı bütün bölgələr üzrə fermerlərə müraciət edilib:

 

“Bayramla əlaqədar öz məhsullarını satmaq istəyənlər üçün şərait yaradılıb. Həm aqrar inkişf mərkəzləri vasitəsilə, həm də regional idarələr vasitəsilə fermerlərə müraciət edilir.

 

Yarmarkalarda bayaramla əlaqədar olaraq, alıcılara əsasən meyvə-tərəvəz, qoz-fındıq, çərəzlər, quru meyvələr, ət məhsulları təklif ediləcək”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system