NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 90
Bakıda baş verən yanğında polis komandiri zəhərlənib

Bakıda baş verən yanğında polis komandiri zəhərlənib

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyi Bakıda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 22-də saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

 

Bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T. Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system