Bakıda "AZZA"ya silahlı basqın edildi, kassa oğurlandı

Oxundu: 53
Bakıda

Bakıda şirniyyat dükanına basqın edilib.

İslaminSesi Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system