NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 281
Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Səbail rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edilib.

 

Paytaxtın Səbail rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edilib.

 

"İslaminSesi.info" bildirir ki, DİN-dən verilən məlumata görə, naməlum şəxsin metronun “Sahil” stansiyasının yaxınlığında 14 yaşlı A.B-nın “Samsung” markalı mobil telefonunu əlindən alınması barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verilib.

 

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən, Qəbələ rayon sakini İkram Muradov saxlanılıb. İlkin ifadəsində o, törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon aşkar olunaraq maddi sübüt kimi götürülüb.

 

Qeyd edilən faktla bağlı bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system