NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda azyaşlını avtomobillə vuran sürücü tutuldu

Oxundu: 274
Bakıda azyaşlını avtomobillə vuran sürücü tutuldu

Yanvarın 31-də Nərimanov rayonunun X.Şuşinski küçəsində avtomobillə yolu keçən azyaşlını vuran sürücü saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. 

 

Bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

Qeyd edilib ki, qəzada xəsarət alan uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system