Bakıda avtosalon yanıb, mühafizəçi tüstüdən zəhələnib - Video

Oxundu: 62
Bakıda avtosalon yanıb, mühafizəçi tüstüdən zəhələnib - Video

Nizami rayonunda yanğın hadisəsi baş verib.

 

Yanğın Mikayıl Əliyev küçəsindəki “Avtopro” avtomobil salonunda baş verib. Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım briqadası və Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

İlkin məlumata görə, elektrik naqillərindən biri qırılaraq “Mercedes” markalı avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi yanıb. Yanğın söndürülüb, digər avtomobillər isə alovdan mühafizə olunub. Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

apa

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system