Bakıda avtomobillərin parklanması PULSUZDUR – BNA-dan açıqlama
Oxundu: 175
13:18, 20.11.2019
“Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma yerləri hansı ki, parklanma üçün müvafiq nişanlar da qoyulub, həmin yerlərdə avtomobilləri park etmək olar və bu da ödənişsizdir”.
İslaminSesi bildirir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib.
M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də hələlik tariflər müəyyənləşməyib:
“Küçə parklanma yerlərinin idarə olunması ilə bağlı zəruri komponentlər var. Ən vacib olanı isə tariflər məsələsidir. Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.
M.Ağayev qeyd edib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur:
“Çünki Bakı da daxil olmaqla ölkə üzrə avtomobil parklanmasına görə tariflər təsdiqlənməyib. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq mühafizə orqanlarına, prokuroluğa da müraciət edilib”.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Naxçıvan Ali Məclisi də buraxılacaq? 16:08, 06.12.2019
-
Heydər Əliyev prospektində “Prado” sürücüsündən İNANILMAZ HƏRƏKƏT – VİDEO 15:58, 06.12.2019
-
Dilqəm Əsgərovun oğlu NARAZIDIR: “Atamgil həkim nəzarətində saxlanılır” 15:44, 06.12.2019
-
Ekspert Azərbaycanda qazanclı sahələrin adını açıqladı 14:44, 06.12.2019
-
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 14:43, 06.12.2019
-
Sabahın hava PROQNOZU açıqlandı 13:30, 06.12.2019
-
Saçaqlı pendir alarkən diqqətli olun - Antisanitariya - FOTO 13:22, 06.12.2019
-
Balaca "KİA" yük maşınını belə vurub aşırdı - REAL VİDEO 13:11, 06.12.2019
ŞƏRH YAZIN