NAMAZ VAXTLARI:
  • FƏCR 06:04
  • GÜN 07:28
  • ZÖHR 12:25
  • ŞAM 17:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 143
Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən sözügedən yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

İslamınSəsi APA-ya istinadən  verdiyi  məlumata görə, araşdırma zamanı Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı ünvanlarda yerləşən istismar müddəti başa çatmış beşmərtəbəli yaşayış binalarının sökülməsinə və sökülmüş binaların yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahələrinin müvafiq olaraq “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə ayrılmasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verildiyi müəyyən olunub. 
 

Əraziyə keçirilən baxış zamanı 162 saylı binanın ətrafındakı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 171 ağacın və 43 kol bitkisinin, 174 saylı binanın ətrafındakı yaşıllıq sahəsində isə yaş köküstə müxtəlif cinsli və diametrli 162 ağacın və 22 kol bitkisinin olduğu məlum olub, ərazidə ağac və kol bitkilərinin kəsilməsi faktına rast gəlinməyib: “Lakin söküntü və tikinti işləri aparılacağı təqdirdə ərazidə mövcud olan ağacların əksər hissəsinin məhv ediləcəyi istisna olunmur”.
 

Ərazidəki yaşıllıqların mühafizəsinin təmin edilməsi ilə bağlı ETSN tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH), “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə məktub göndərilib.

 

Ərazi nəzarətə götürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system