NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda 7 tələbə dönərdən zəhərləndi

Oxundu: 95
Bakıda 7 tələbə dönərdən zəhərləndi

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

 

İslaminSesi xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

 

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

 

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system