NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda 62 avtobus kart sisteminə keçir

Oxundu: 83
Bakıda 62 avtobus kart sisteminə keçir

15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb.

"İslaminSesi.info" xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.

Bildirilib ki, yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətiqinə başlayıb və hal-hazırda 14 marşrut xəttindən 9-da “Bakı Kart” sistemi mövcuddur. 

"Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir. Bu ilin sonunadək digər 62 avtobusun da yeniləri ilə əvəz edilməsi və “BakıKart” sisteminə qoşulması planlaşdırılır. Şirkətin istismarında olan bütün avtobuslar video-müşahidə sistemləri ilə təchiz olunub, gün ərzində mərkəzi müşahidə şöbəsi tərəfindən sürücülərin fəaliyyəti kameralar vasitəsilə izlənilir. Şirkətin sürücüləri hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənir və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman yüksək peşəkarlıqları ilə seçilib. Təhlükəsiz sərnişindaşıma xidmətinin təşkili şirkətin qarşısında duran ən önəmli vəzifələrdən biridir. Bu məqsədlə sürücü qismində işə qəbul olunan namizədlərə olan əsas tələblər ilk növbədə sağlamlıq göstəriciləri, narkoloji test və məhkumluğun olmamasıdır. Şirkətin təmir mərkəzində xüsusi tibb məntəqəsi mövcuddur ki, qanunvericiliyin tələbini əsas tutaraq reysqabağı bütün sürücülər alkotestdən keçirilir. Sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanmış və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaqdır".

Məlumatda o da qeyd olunub ki, “Xaliq Faiqoğlu” MMC beynəlxalq mühasibatlıq sistemini tətbiq edən ilk özəl daşıyıcı şirkətdir və beynəlxalq audit şirkəti tərəfindən şirkətin fəaliyyəti hər il audit olunur. 

"“Xaliq Faiqoğlu” MMC beynəlxalq maliyyə institutu olan “Avropa  Yenidənqurma və İnkişaf Bankı” ilə əməkdaşlığa başlayan yeganə özəl daşıyıcı şirkətdir və iyul ayının 12-də imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Bakı  şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcəkdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system