NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 93
Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın haqda hökm çıxarılıb

Bakıda 5 yaşlı oğlunu boğaraq öldürən qadın haqda hökm çıxarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İslaminSesi "Report"-a istinadən  xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Dövlət ittihamçısı bildirib ki, N.Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir. Prokuror N.Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicə göndərilməsini istəyib.

 

Məhkəmə müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, N.Qulubəyova cinayət məsuliyyətindən azad edilib. Amma onum barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü N.Qulubəyova dini təriqətlərdən birinin üzvü olub.

 

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

 

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system