NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda 2 sinifin bütün şagirdləri universitetə daxil oldu - MARAQLI

Oxundu: 134
Bakıda 2 sinifin bütün şagirdləri universitetə daxil oldu - MARAQLI

Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub.

 

İki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

 

İslaminSesi bildirir ki, bu barədə Modern.az-a Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. 

 

Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 b sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.


Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb. Onların 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system