NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 118
Bakıda 1,7 mlrd. manatı əldə edib leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

Bakıda 1,7 mlrd. manatı əldə edib leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

İslaminSesi bildirir ki, Bakıda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 27-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, təqsirləndirilən M.Əliyevlə V.Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"da xidməti otaqları da olub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 10 il, V.Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system