Bakıda 168 nömrəli avtobus ləğv edildi, yenisi yaradıldı

Oxundu: 207
Bakıda 168 nömrəli avtobus ləğv edildi, yenisi yaradıldı

Bakıda optimallaşdırılma işləri çərçivəsində daha iki marşrut xətti birləşdirilib.

İslaminSesi xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib.

 

11 sentyabr tarixindən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.  

 

Məlumatda bilrdirilir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilər m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlamasını aradan qaldırmaq məqsədilə bu addım atılıb. Bununla da, kiçik tutumlu avtobuslar nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

 

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan Alo141 Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə səbəb olur.

 




Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system