NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 3 nəqliyyat vasitəsi toqquşdu, yaralılar var - VİDEO

Oxundu: 339
Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 3 nəqliyyat vasitəsi toqquşdu, yaralılar var - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.

 

İslaminSesi bildirir ki, Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

 

Belə ki, 90 PD 038 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyatı nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib. 

 

Hadisə nəticəsində əzilən “Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system