Bakı-Sumqayıt yolunda böyük tıxac - SƏBƏB

Oxundu: 89
Bakı-Sumqayıt yolunda böyük tıxac - SƏBƏB

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

 

İslaminSesi xəbər verir ki, tıxaca səbəb həmin avtomobil yolunda aparılan təmir işləri olub.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin verdiyi məlumata görə, 

 

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb:

 

"Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

 

Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur".

Modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system