NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 96
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qəzalı obyektlərdə məskunlaşan məcburi köçkünlərin sayı açıqlanıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qəzalı obyektlərdə məskunlaşan məcburi köçkünlərin sayı açıqlanıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb.

 

İslaminSesi bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsinin icrası çərçivəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Energetika” pansionatından 179 ailə, Xətai rayonu Gəncə prospekti 20A ünvanında yerləşən ”Bakı kondisonerleri” birliyinin yarımçıq binasından 126 ailə, Sumqayıt şəhəri Sarıqaya qəsəbəsi, Şəfəq sanatoriyasından 92 ailə, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi yardım stansiyasının yarımçıq binasından 513 ailə, ümumilikdə 4 obyektdən 910 ailə 3822 nəfər məcburi köçkün yaşayış üçün hər cür zəruri şəraiti olan mənzillərə köçürülüb.

 

Eyni zamanda Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binadan 27 ailə, 103 nəfər, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanadan 26 ailə 109 nəfər kompensasiya ödənilərək köçürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system