ÖLKƏ

Oxundu: 63
Bakı-Şamaxı yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

Bakı-Şamaxı yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

Şamaxı və ətraf rayonlarda qar və şaxtalı hava səbəbindən avtomobil yollarını buz bağlayıb.

"İslaminSesi.info" "Report"-a istinadən  məlumat verir , iki gündür ki, aramsız yağan qar, magistral yolda hərəkəti çətinləşdirib.

 

Şəhər daxili yollarla yanaşı magistral yollar da buz bağlayıb, bəzi nöqtələrdə avtomobillərin hərkətində məhdudiyyətlər yaranıb.

 

Muğanlı-İsmayıllı yolunun 15-17 kilometrliyində yolun hərkət hissəsində də nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əsasən səhər saatlarında yolda sürüşgənlik müşahidə olunub.

 

Bundan başqa Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi yaşayış masivi yaxınlığında nəqliyyat vasitələrinin hərkəti çətinləşib.

Yollarda intensiv hərkəti təmin etmək üçün İsmayıllı və Qobustan rayon yol idarəsinin texnikları əraziyə cəlb olunub. Yollardan buzun təmizlənməsi üçün sözü gedən ərazilərə qum-duz qarşığı səpilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system