NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Oxundu: 110
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işləri davam etdirilir.

"İslaminSesi.info" bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. 20 sentyabr tarixindən yolun əks, yəni Bakı şəhəri istiqamətində olan hissəsində təmir işlərinə start verilir. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

 

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system