Bakı-Qazax yolunda yük maşını maneələrə çırpıldı

Oxundu: 360
Bakı-Qazax yolunda yük maşını maneələrə çırpıldı

Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən hissəsində təmir işləri ilə əlaqədar olaraq yol birtərəfli qaydada bağlanıb.

 

İslaminSesinin "Report" a istinadən  məlumatına görə, bununla bağlı həmin ərazidə məlumat lövhələri ilə yanaşı, plastik sədlər də quraşdırılıb.

 

Hətta yolun təmir işləri aparılan hissəsində ötmə əməliyyatı qadağan olunub. Eyni zamanda sürət həddi endirilərək 50 km/saat müəyyənləşdirilib. Lakin bəzi sürücülər buna məhəl qoymayaraq təhlükə yaradıblar. Nəticədə təmir işləri aparılan ərazidə yüksək sürətlə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq yolun hərəkət hissəsindəki daş və plastik maneyəyə çırpılıb. Bununla da qarşıdan gələn nəqliyyat vasitəsi üçün təhlükə yaradıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system