Bakı metrosunun iş vaxtı uzadıldı

Oxundu: 97
Bakı metrosunun iş vaxtı uzadıldı

“Bakı Metropoliteni” QSC “Qarabağ” futbol klubunun oyununu stadionda izləyəcək tamaşaçılara müraciət edib.

 

İslaminSesi bildirir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, metropoliten “Gənclik” stansiyasına girişin saatını uzadıb:

 

““Qarabağ” futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək. Qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər”. 

 

O qeyd edib ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system