NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı metrosunun əsas stansiyaların birində 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

Oxundu: 191
Bakı metrosunun əsas stansiyaların birində 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

Təxminən 3 aydır Bakı metrosunun “28 May” stansiyasında istifadəsi dayandırılan eskalatora baxış və onun yoxlanması işləri tamamlanıb.

 

İslaminSesi bildirir ki, bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədovun sözlərinə görə, eskalatorlara baxışı istehsalçı şirkət özü həyata keçirib: “Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Əvvəldən əldə edilmiş razılaşmaya görə, onlar istədikləri zaman eskalatorların vəziyyətini təftiş edə bilər və “Bakı Metropoliteni” buna şərait yaratmalıdır. Yəni bu təmir deyil, istehsalçının təftişidir. Artıq eskalatorda işlər bitib”.

 

Metropoliten rəsmisi eskalatorların növbəli şəkildə fəaliyyət göstərdiyini və ehtiyac olacağı təqdirdə eyni vaxtda istifadəyə verilə biləcəyini qeyd edib.

 

Xatırladaq ki, təftişə dayandırılan eskalator metronun “28 May” stansiyasının 2015-ci ilin mayın 5-də təmirdən sonra yenidən istismara verilən köhnə çıxışında quraşdırılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system