Bakı metrosundan istifadə edənlərin sayı artıb

Oxundu: 66
Bakı metrosundan istifadə edənlərin sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" QSC 169,7 mln. sərnişin daşıyıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% çoxdur.

 

İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 168,7 mln. nəfər olub.

 

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

 

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system