Bakı metrosunda TÜSTÜLƏNMƏ

Oxundu: 73
Bakı metrosunda TÜSTÜLƏNMƏ

Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib.

 

İslaminSesi bildirir ki, Modern.az-ın stansiyada olan əməkdaşının verdiyi məlumata görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb.

 

Məsələ bağlı “Bakı Meteropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:

 

“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Həmin vaxt ventilyator havanı içəri vurarkən, tüstü müşahidə edilib. Buna görə də ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.

 

B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:

 

“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədar olur”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system