NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı metrosunda törədilən terror aktından 25 il ötür

Oxundu: 613
Bakı metrosunda törədilən terror aktından 25 il ötür

1994-cü il mart ayının 19-da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış törədilib.

 

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldədüzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

 

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

 

İstintaq zamanı müəyyən edilib ki, terrorçular Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqədə olublar və hazırlığı bu ölkədə keçiblər.

 

İslaminSesi “Qafqazinfo” ya istinadən xatırladır ki, partlayışda ölənlər arasında xalq artisti Rafiq Babayev də olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system