Bakı metrosunda nə baş verir? - RƏSMİ AÇIQLAMA

Oxundu: 76
Bakı metrosunda nə baş verir? - RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün metroda müşahidə olunan sərnişin sıxlığı ilə bağlı açıqlama verib.

 

İslaminSesinin xəbərinə görə, B. Məmmədov Axeber.az-a bildirib ki, bu gün baş verənlərin hamısı sərnişin çoxluğu ilə əlaqədardır: “Səhər saatlarında ənənəvi olaraq sərnişini çox olan stansiyalarda qatarlar yubanıb. Qatarlarda sərnişinlərin düşürülməsi üçün ayrılmış qrafikdən daha artıq gözləmə müşahidə olunub. Bu müddət hətta 1 dəqiqəni də aşıb. 

 

Bəzi hallarda qatarlar stansiyasını gec tərk edirlər. Bu da digər qatarların tuneldə ləngiməsinə səbəb olur. Hətta sərnişin sıxlığı az olan “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu” kimi stansiyalarda minib-düşmədən sonra qatarın gözləməsi halları qeydə alınıb. Ən çox dəqiqə fərqi isə “28 May” metrosundan “Dərnəgül” istiqamətində olan qatarlarda müşahidə olunub”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system