Bakı metrosu ilə bağlı ilginc xəbər yayıldı - Həmin ərazidə nə baş verir? / AÇIQLAMA

Oxundu: 271
Bakı metrosu ilə bağlı ilginc xəbər yayıldı - Həmin ərazidə nə baş verir? / AÇIQLAMA

Sosial mediada Bakıda metro tikintisində problem yarandığı, işlərin dayandırıldığı haqda məlumat yayılıb.

 

İslaminSesi Redaktor.az - a istinadən  xəbər verir ki, söhbət Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə illərdir tikilməkdə olan metro stansiyadan gedir. İddia olunur ki, həmin ərazidə tunel inşası zamanı həddindən artıq qrunt suları çıxıb. Nəticədə tikinti işləri dayandırılıb.

 

Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyilənlərin həqiqət olmadığını bildirib:

 

“Bilirsiniz, metro stansiyalarının inşası çətin prosesdir. Bütün işlər plan əsasında aparılır. Bəzən olur ki, inşaat işləri zamanı qrunt suları çıxır. Buna qarşı müəyyən tədbirlər görülür. Hazırda həmin ərazidə bütün işlər plan üzrə davam edir. Heç bir problem yoxdur”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system