NAMAZ VAXTLARI:
  • FƏCR 03:25
  • GÜN 05:12
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Oxundu: 939
Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

İslaminSesi.info -nın məlumatına görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

 

10-dan artıq qadın maşinist kimi çalışmaq üçün müraciət etsə də, onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

 

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

 

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system