NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakı Beynəlxalq Avtovağzalında görünməmiş gərginlik yaşanır

Oxundu: 244
Bakı Beynəlxalq Avtovağzalında görünməmiş gərginlik yaşanır

İctimai nəqliyyatda gediş haqları artırıldıqdan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) şəhərlərarası sərnişin daşınması üçün biletlərin alınması birbaşa kassalara yönləndirilib

 İslaminSesi xəbər veri ki, Sputnik Azərbaycan-ın BBAK-da olan əməkdaşının verdiyi məlumata görə, bu qərarın verilməsi avtovağzalda vəziyyəti gərginləşdirib.

 

Belə ki, daha sərnişinlər istənilən istiqamətə getmək üçün mütləq kassalara yaxınlaşmalı, növbə gözləməli və bilet almalıdır. İşin acınacaqlı tərəfi isə xidmət göstərən kassaların az olması ilə bağlıdır.

 

Məsələn, respublikanın qərb bölgəsinə (Şəmkir, Tovuz, Ağstafa, Qazax, "Qırmızı körpü") getmək istəyənlərə cəmi 1 kassa — 14-cü kassa xidmət edir. Nəticədə kassanın qarşısında saatlarla davam edən növbə yaranır. (Yeri gəlmişkən, Bakı-Qazax marşrutu üzrə əvvəllər 8 manat civarında olan gediş haqqının hazırki qiyməti 10.90 AZN təşkil edir).


Bu da azmış kimi, hələ də müəyyən işbazlar var ki, çox sayda bilet almaq istəyir. Tutalım, hansısa sürücü bir nəfəri kassaya göndərib 5-6 bilet aldırmağa çalışır. Və bu fakt kassirlər həmin alıcı arasında narazılıqlara, mübahisələrə səbəb olur. Nəticədə yenə sərnişinlər vaxt itkisinə, əsəb gərginliyinə məruz qalırlar.

 

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a deyib ki, müşahidə edilən problemlər illərdir mövcud xaosun qarşısının radikal alınması tədbirləri ilə bağlı meydana gələ bilər.

 

"Yəni biz o süni qiymət artımının qarşısını almaq üçün sərnişinləri kassalara yönəltdik. Təbii ki, həm də mövsümlə əlaqədar dediyiniz növbə ola bilər. Növbə sisteminə alışmayan bizlər üçün bu, qismən narahatçılıq doğura bilər. Tezliklə kassalarla bağlı da müvafiq işlər görüləcək" — deyə N.Allahyarova bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system