Bağdadda ABŞ əleyhinə izdihamlı etiraz aksiyaları başlayıb - FOTO

Oxundu: 378
Bağdadda ABŞ əleyhinə izdihamlı etiraz aksiyaları başlayıb - FOTO

Bağdadın mərkəzi küçələrində ABŞ-ın ölkədəki qüvvələrinin çıxarılmasını tələb edən etiraz aksiyaları başlayıb.

İslaminSesi "Sumariya" Agentliyinə istinadla xəbər verir ki, etiraz aksiyaları Bağdadın cənubunda yerləşən əl-Cadiriyyə rayonundan başlayıb və mərkəz prospektlərinə doğru davam edəcək.

 

Ölkənin mərkəz və cənubunda yerləşən müxtəlif əyalət və şəhərlədən bu aksiyalara çoxlu sayda etirazçı qoşulub.


Etirazçılar ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb ediblər. Etirazçılardan bir qismi ağ kəfənlər geyinərək, ABŞ-a qarşı müqavimət göstərməyə hazır olduğunu ifadə ediblər.


Qeyd edək ki, Qasim Süleymani, Haşd-Şabinin rəhbər müavini Əbu-Mehdi əl-Müəhəndis və onlarla birgə 8 iraqlı və iranlı hərbçinin ABŞ tərəfindən terror edilməsindən sonra, ölkə parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib.


Parlamentin ən böyük siyasi fraksiyası “Sairun” blokunun lideri Müqtəda Sədr də ötən həftə ABŞ-a qarşı etiraz aksiyalarının keçirilməsini istəmişdi./SalamNews/

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system