Bağçalarda "Yer yoxdur" deyib rüşvət alanların dövrü bitdi - ELEKTRON SİSTEM işə düşür

Oxundu: 81
Bağçalarda

Bakı şəhəri üzrə Məktəbəqədər Təhsil Müəssisələrinə elektron qəbul yaxın günlərdə başlayacaq.

 

İslaminSesi bildirir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, elektron qəbul ilk olaraq Nizami rayonu üzrə 24 uşaq bağçasından başlayacaq.

 

Bu rayonun sakinləri məktəbəqədər təhsil yaşında olan övladlarını Nizami rayonunda yerləşən bağçalara elektron qəbul sistemi vasitəsi ilə qeydiyyata almaq imkanına malik olacaqlar.

 

Sistem özünü doğruldarsa və texniki problem baş verməzsə, elektron qəbul bütün Bakı şəhəri üçün aktiv ediləcək. Bu da ümumilikdə 41 min uşağı əhatə edəcək.

 

Məlumat üçün bildirək ki, sistem tam olaraq fəaliyyətə başladıqdan sonra valideynlər övladlarını təkcə yaşadığı rayon üzrə deyil, Bakıda istənilən uşaq bağçasına qeydiyyatdan keçirə biləcəklər.

 

Həmçinin, eyni anda bir neçə bağçaya sorğu göndərmək mümkün olacaq. Boş yerlərə uyğun olaraq uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbulu baş tutacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system