NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Badamdarda sürüşmə ərazisinə elektrik enerjisinin verilişi dayandırıldı

Oxundu: 217
Badamdarda sürüşmə ərazisinə elektrik enerjisinin verilişi dayandırıldı

Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

"İslaminSesi.info" xəbər verir ki, bu barədə Trend -ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır:

 

"Əməkdaşzlarımız hadisə yerindədirlər. Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də araşdırma ərazilərdə də elektrik enerjisinin verilişi dayandırılacaq".

 

Xatırladaq ki. bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system