NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Badamdarda bəzi evlərin hasarı uçub

Oxundu: 129
Badamdarda bəzi evlərin hasarı uçub

Bakının Səbail rayonunda Badamdar şosesindəki sürüşmə ərazisinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb.

 

İslaminSesi - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

 

Bildirilir ki, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

 (virtualaz)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system