Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO

Oxundu: 50
Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi - ANBAAN VİDEO

Darem qraflığının Brandon ingilis kəndində oğru kərpiclə avtomobilin pəncərəsini sındırmaq istəyərkən özünü yaralayıb.

İslaminSesi xəbər verir ki, hadisə oktyabrın 5-də baş verib. Müşahidə kameralarında oğrunun maşının qapısına kərpic atdığı və kərpicin qayıdaraq üzünə dəydiyi görünür. Ağrıdan qıvrılan oğru əlini üzünə tutaraq ərazidən əliboş uzaqlaşıb.


Avtomobil sahibi videonu öz “Facebook” səhifəsində paylaşmaq qərarına gəlib. Sosial şəbəkə istifadəçiləri arasında məşhurlaşan videoya oğrunun layiq olduğu cavabı aldığı kimi şərhlər gəlib. /Oxu.az/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system