NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azyaşlılardan ibarət “Cənnət sərçələri” – Yeni təhlükə XƏBƏRDARLIĞI

Oxundu: 1399
Azyaşlılardan ibarət “Cənnət sərçələri” – Yeni təhlükə XƏBƏRDARLIĞI

Bu barədə İraq Təhlükəsizlik Orqanlarından xəbərdarlıq edilib.

 

“İslaminSesi” xəbər verir ki, İraq-Suriya ərzilərində çoxlu sayda azyaşlı uşağın terrorçu kimi yetişdirilməsi məqsədi ilə təlimlərə cəlb edilib.

 

Bu barədə İraq Təhlükəsizlik Xidmətinin mütəxəsisi Fazil Əbu Rəğif “alforatnews”-a açıqlama verib.

 

Əbu Rəğib bildirib ki, İraq ərazilərində İŞİD-çilərin xüsusi yerləri vardır ki, oraya çoxlu sayda azyaşlı cəlb edilib və qatı terrorçu kimi yetişdirilir. Əbu Rəğib, bu azyaşlıların hələki döyüşlərdə istifadə olunmadığını, lakin gələcək üçün böyük təhlükə ola biləcəklərindən xəbər verib.

 

Əbu Rəğib bildirib ki, :“Cənnət sərçələri” adlı bu layihə qətlə yetirilmiş Molla Ömər adlı terrorçu tərəfindən başladılıb, sonra isə Əymən əl-Zəvahiri adlı digər terrorçu tərəfindən daha da genişləndirilib. rəhbərlər öldürüldükcə bu iş digərlərinin əlinə keçib. Son dönəmdə isə bu işə Əbu Hamza əl-Mühacir və Əbu Əyyub əl-Məsri adlı terrorçular rəhbərlik edib.

 

O əlavə olaraq bildirib ki, 2017-ci ildə Mosulda gedən döyüşlərdə öldürülən Əbu Salman əl-Şami adlı terrorçu də uşaqların bu cür yetişdirilməsidə, saylarının artırılmasında məsul olnan terrorçulardan olub.

 

Uşaqların sayına toxunan mütəxəssis bildirib ki: Mosul və Raqqa, Hasaka və Deyr əz-Zor ətrafında düşərgələrdə yetişdirilən bu çür uşaqların sayı 1000-ə yaxın olub və günbəgün artıb və hazırda bu cür 4 düşərgə vardır.

 

Ora cəlb edilən uşaqların kimliyinə gəlincə isə, Əbu Rəğib xatırladıb ki, bunlar ölürülən, həbs edilən şəxslərin övladlarıdır, terrorçular da bu kimi həssas məsələrərdən istifadə edərək uşaqları intiqam hissi ilə böyüdürlər.

2014-2016 illərdə terrorçuların sayının 150 minə çatdığını, onların 60 minin öldürüldüyünü deyən Əbu Rəğib, həmçinin onların böyük gücə malik olduqlarını, hətta kimyəvi silaha malık olduqlarını da xatırladıb və “General Davud” adlı birisinin bu kimyəvi silahlara məsul olduğunu bildirib.

 

İŞİD-in məğlubiyyətini xatırladan Əbu Rəğib, bildirib ki, iraqlılar İraqa sahib çıxacaq, terrorçulara dəstək olanları, onların qaçmaqlarına imkan yaradanları cəzalandıracaq və bu hal bir daha təkrarlanmayacaq.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system