NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 87
AzTV rəhbərinə qarşı sui-qəsd iddiasının şok təfərrüatları - Milyonlar uğrunda savaş

AzTV rəhbərinə qarşı sui-qəsd iddiasının şok təfərrüatları - Milyonlar uğrunda savaş

İslaminSesi bildirir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı sui-qəsdin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, Alışanova qarşı sui-qəsddə təqsirləndirilən Şücayət Əkbərov və digərləri barəsində açılan cinayət işi materiallarında yeni detallar üzə çıxıb.

İttiham aktında yazıkır ki, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq silah, döyüş sursatı əldə edib, saxlayaraq daşıyıb gəzdirmiş, başqa cinayəti gizlətmək məqsədi ilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib.

 

Məlumatda qeyd edilir ki, o, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

Təqsirləndirilən şəxs həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədi ilə yaxın münasibətlərdə olduğu Namazov Musabi Əfqan oğlu, Cəbiyev Qoçali Seyfəddin oğlu, onun vasitəsilə isə Şirinov Zöhrab Məhhərəm oğlu ilə A.Alışanovu dələduzluq cinayət əməlini gizlətmək üçün tamah niyyəti ilə və sifarişlə qəsdən öldürmək barədə razılığa gəlib.

 

Onlar mütəşəkkil dəstədə birləşərək, törədiləcək cinayət əməlinin planını hazırlayıblar.

İttihamda qeyd edilir ki, planın vaxtını, yerini üsulunu, dəstə üzvlərinə ödəniləcək pul vəsaitinin məbləğlərini müəyyənləşdirməklə, həmçinin onları silah və patronla təchiz etməklə mütəşəkkil dəstəyə rəhbərliyi həyata keçirib.  Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

 

Daha sonra o, 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Əlışanovanı və sürücüsü Hacı Babayevi qəsdən öldürməsini sifariş edib. Lakin sonradan dəstə üzvü M.Namazov cinayətdən könüllü imtina edib.

Cinayət işi materiallarına əsasən, bundan sonra Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında cinayətkar fəaliyyətini davam etdirərək A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yeni tapşırıq verib.

"Dəstə üzvü Q.Cəbiyev isə əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

 

Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Cəfərov Dəyanət Vidadi oğlunun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota -Land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı yolunda hərəkətdə olarkən yüksək sürətLə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb.

 

Plana əsasən Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota - Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

Daha sonra, o, qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini təşkil edən ümumilikdə 3 min manat pul vəsaitini 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi olan dövr ərzində müxtəlif tarixlərdə hissə-hissə Z.Şirinova verib. Ş.Əkbərov 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib. Lakin yenə onların istəkləri baş tutmatıb.

 

Ş.Əkbərov sürücüsü Hüseynov Aqşin Tarix oğlu və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə cinayət aləti olan AKS-74U ("Kalaşnikov") avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib.

Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb"- deyə ittiham aktlnda yazılır.

Daha sonra M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əmmələri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

 

A.Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhd etməkdə təqsirləndirilən Şücayət Əkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev musavat.com-a deyib ki, Nəsimi Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Vəkil bütün ittihamları rədd etdiklərini söyləyib.

 

"İstintaq orqanı ilkin istintaq hərəkətləri zamanı Müsabi Namazovu də həbs edib. Lakin sonradan bu şəxs həbsdən azad edilib və həbsdən azad olunması müqabilində istintaq orqanı ondan Şücayət Əkbərovun əleyhinə ifadələr alıblar. Hesab edirik ki, M.Namazov aşkar cinayət törətmiş şəxsdir və onun ifadələri həqiqəti əks etdirmir ondan və digər təqsirləndirilən şəxslərdən ifadələr zorakılıq, hədə-qorxu, aldatma yolu ilə alınıb"- deyə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi vəsatətdə yazılır.

Şücayət Əkbərov isə ifadəsində göstərib ki, o, ehtimal edilən cinayət əməlini törətməyib.

 

"Bu ittihamlar qərəzli, sifarişlı olmaqla onun əmlakını ələ keçirmək məqsədi ilə Arif Alışanov və sürücüsü Hacı Babayev və Namazov Müsabi tərəfindən təşkil edilib. Hacı Babayev məni Arif Alışanovun gözündən salıb onun biznesindən kənarlaşdırmaq və bu biznesdə əsas adam olmaq məsədi ilə sünü sürətdə M.Namazovla birlikdə bu cinayət hadisəsini quraşdırıblar. Hacı Babayev tərəfindən quraşdırılmış cinayətdə M.Namazov əsas iştirakçı və təhrikçidir. Hər iki şəxs çox asanlıqla istintaq orqanını və A.Alışanovu aldadıblar.

 

Alışanovla yaxşı münasibətim olub. Biznes əlaqəsində olub və yaxşı pul qazanmışıq. Alışanovun ölümü ilə mən bu gəlirdən məhrum olurdum. Alışanovun milyonlarla dəyəri olan aldığı bütün əmlaklar mənim adıma deyil, Hacı Babayevə etibarnamə və Çıxarışlarla məxsus olub. A.Alışanovun ölümü ilə onun aldığı əmlakların hamısı H.Babayevin mülküyyətində qalmış olurdu. Belə olan halda sual olunur A.Alışanovun ölümü kimə sərf edirdi ? Əlbətdə H.Babayevə"- deyə təqdirləndirilən şəxs bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system