NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 69

"Azpetrol"un rəhbəri benzinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

"Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib.


İslamınSəsi bildirir ki, "APA-Economics"in xəbərinə görə, "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov qeyd edib ki, Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.


"Premium" markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir. Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.


"İstənilən halda biz ticarət marjamızı aşağı salmağa çalışırıq ki, yanacaq istehlakçılarımız üçün daha əlçatan olsun", - deyə o vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system