NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azpetroldan “möcüzə” – 68 litrlik benzin bakına 75 litr yanacaq vurub

Oxundu: 3086
Azpetroldan “möcüzə” – 68 litrlik benzin bakına 75 litr yanacaq vurub

Bu günə qədər sürücülərin yanacaqdoldurma məntəqələri ilə bağlı səsləndirdikləri çoxsaylı şikayətlərini eşitmişik. Əsas şikayət isə yanacaq alarkən əskik və ödənilən pulun miqdarından az yanacağın verilməsi ilə bağlı olurdu

Sosial şəbəkələrdə bu günlərdə yayımlanan video deyilən iradların yerində və həqiqət olduğunu bir daha ortalığa qoydu. Belə ki, sürücülərdən biri “Azpetrol”un yanacaq doldurma məntəqələrindən birindən 68 litr tutumu olan benzin bakına tam şəkildə benzin vurulmasını istəyib. Benzin vurulub qurtardıqdan sonra isə monitorda göstərilən rəqəmlər sürücünü təəccübləbdirib. Təəccübə səbəb isə 68 litrlik benzin bakına 75 litr benzinin vurulması olub.

 

Maraqlı olan budur ki, “Azpetrol” hansı “möcüzə” nəticəsində 68 litr tutumu olan baka necə olub ki, 75 litr benzin doldurub. Baş verənlər onu deməyə əsas verir ki, illərdir sürücülərin yanacaqdoldurma məntəqələrinin benzin oğurluğu və əskik satışı ilə bağlı dedikləri həqiqətdir.

 

İslaminSesi sözügedən videonu oxucularına təqdim edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system