NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

Oxundu: 337

2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 341 yeni abonent qeydiyyata alınıb.

 
İslaminSesi xəbər verir ki, birlikdən "Report"a verilən məlumata görə, bunun da 29 579-u Bakı, Abşeron və Sumqayıt, 24 762-si isə regionların payına düşür.
 
2019-cu ilin təkcə iyul ayı ərzində əhali sektoru üzrə 6 745 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4909-u Bakı, Abşeron və Sumqayıt, 1836-sı isə regionların payına düşür.
 
Beləliklə, 01 avqust 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 238 min 584-ə bərabərdir. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir.
 
Bundan başqa, Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 862 004, regionlar üzrə isə 1 milyon 376 min 580 təşkil edir.
 
Qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system