NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrindən əldə edilən gəlir açıqlandı

Oxundu: 341
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrindən əldə edilən gəlir açıqlandı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə gəlirləri açıqlayıb.

 

İslaminSesi bildirir ki, ARDNF-dən Modern.az-a verilən məlumata görə, AÇG yatağı üzrə 2001-ci ildən bu il avqustun 1-dək əldə olunan ümumi gəlirlər 134 107 mln. dollar olub.

 

Bu il isə AÇG yatağından 5 621 mln. dollar gəlir əldə edilib.

 

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2018 - 01.08.2018 tarixinə) 94 mln. dollar olub.

 

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 506 mln. dollar (01.08.2018 tarixinə) təşkil edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system