Azərbaycanlı sürücünü Avropada görün nə heyran elədi – VİDEO

Oxundu: 142
Azərbaycanlı sürücünü Avropada görün nə heyran elədi – VİDEO

Belçikaya səfər edən Azərbaycan vətəndaşı bu ölkədə sürücü mədəniyyətinə heyran olub.

 

İslaminSesi Bizimyol.info - ya istinadən  xəbər verir ki, vətəndaş Arif Mustafayev çəkdiyi vodeogörüntüdə bildirib.

 

Qərbi Avropa ölkəsinin Antverpen şəhərində olan həmyerlimiz şəhərin avtomobil yolunda operativ nəqliyyat vasitələrinin zolağına şəxsi avtomobillərin daxil olmadığını bildirib.

 

Həmyerlimiz yolda nəqliyyat vasitələrinin hərəkətlərində sıxlığın müşahidə olunmasına baxmayaraq, sürücülər şəxsi maraqları üçün operativ nəqliyyat vasitələri üçün ayrılmış hissəyə keçmirlər.

 

Məlumat üçün qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system