NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanlı pəhləvanlar Rusiyada sensasiya yaratdı - VİDEO

Oxundu: 938
"

Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu “Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar Hüseyn və Laçın Əbdülhüseynovlar olublar

İslaminSesi xəbər verir ki, onlar göstərdikləri şou ilə tamaşaçıları təəccübləndiriblər.

 

“Biz layihəyə ona görə gəldik ki, əsl kişilərin heç nədən qorxmadığını göstərək”, - deyə qardaşlar efirdə bildiriblər.

 

Proqramın aparıcısı Leonid Yakuboviç söyləyib ki, bundan sonra Əbdülhüseynov qardaşlarını kim görsə, onların ağlına Azərbaycan gələcək:

 

“Alimlər, müğənnilər, rəssamlar, aktyorlar öz ölkələrini məşhur edir. Ancaq mən əminəm ki, bundan sonra kimsə Azərbaycanın adını çəkəcəksə, o zaman bu iki qardaş ağıllara gələcək, yaxud da bunun əksi baş verəcək”.

 

Qeyd edək ki, Əbdülhüseynov qardaşları bundan öncə başqa bacarıq yarışmalarında da iştirak edib. /oxu.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system