NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanlı heykəltaraş yarım ton şokoladdan Atatürkə abidə hazırlayacaq

Oxundu: 75
Azərbaycanlı heykəltaraş yarım ton şokoladdan Atatürkə abidə hazırlayacaq

Türkiyədə aprel ayının 27-28-də növbəti Beynəlxalq Şokolad Festivalı keçiriləcək.

"İslaminSesi.info" xəbər verir ki, Samsunda keçiriləcək festivalda dünyanın müxtəlif ölkələrindən tort və şirniyyat ustalarının qatılacağı gözlənilir.

 

Festivalda iştirak üçün sonuncu müraciət tarixi 12 apreldir. Şokolad festivalına giriş sərbəst olacaq və iki gün davam edəcək.

 

KİV-in yazdığına görə, 19 may, 1919-cu ildə Mustafa Kamal Atatürkün Samsuna ayaq basmasının yüz illiyinin şərəfinə festivalda Atatürkün şokolladdan hazırlanmış abidəsi də nümayiş olunacaq. Festival təşkilatçılarının sözlərinə görə, bu ilki festival konsepsiyası da elə Atatürkün Samsuna səfəri üzərində qurulub.

 

Atatürkün abidəsini isə azərbaycanlı heykəltaraş hazırlayacaq. 1 metrdən hündür olacaq abidə üçün 500 kiloqramdan artıq şokoladdan istifadə olunacağı bildirilir. Təşkilatçıların sözlərinə görə, heykəlin əsas hissəsi Azərbaycanda hazırlanaraq Türkiyəyə gətiriləcək. Çünki əsərin tamamlanması üçün bir neçə gün vaxt tələb olunur.

 

Festivalda bu əsərdən başqa bir çox müxtəlif kompozisiyaların, o cümlədən, Amazon qadınlarının şokolad heykəllərinin də nümayişi gözlənilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system