Azərbaycanlı ailə dəhşətli qəzaya düşdü: Ana və iki oğlu öldü
Oxundu: 269
11:05, 25.09.2018
Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.
"İslaminSesi.info" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb. Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub.
Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları İradə Quliyeva İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.
Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.
Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.
Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Eldəniz Quliyev Qobustan təcridxanasında islamçı məhbuslarla görüşdü 23:30, 16.02.2019
-
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb 20:38, 16.02.2019
-
Narkoloji Mərkəzdəki “yanğın işi”: İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım? 15:05, 16.02.2019
-
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 14:50, 16.02.2019
-
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 14:40, 16.02.2019
-
Bakıda dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutulub 14:25, 16.02.2019
-
Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı 14:15, 16.02.2019
-
Sabahın hava proqnozu açıqlanıb 14:01, 16.02.2019
ŞƏRH YAZIN