NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbi açıqlandı – RƏSMİ

Oxundu: 369
Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbi açıqlandı – RƏSMİ

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun illik müqayisədə dörd milyard manat artmasının səbəbini açıqlayıb.

"İslaminSesi.info" xəbər verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib.

 

Onun sözlərinə görə, həmin plana uyğun olaraq “Beynəlxalq Bank”ın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb ki, bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib-çıxarıb.

 

“Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən mətbuata geniş məlumatlar verilib.

Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması, ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cür yozulması təəccüblüdür və başadüşülən deyil”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system