NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 185
Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalandı

Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalandı

Ukraynada mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan azərbaycanlı saxlanılıb.


"İslaminSesi.info" APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.
 
Həmin şəxs ağır və xüsusilə ağır cinayətlərdə, konkret olaraq, soyğunçuluq məqsədilə mütəşəkkil qruplaşmanın tərkibində silahlı hücumda təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
 
Ukrayna Təhlükəsizlik Xidməti onun mərkəzi vilayətlərin birində, kiçik qəsəbədə gizləndiyini müəyyənləşdirib. Keçirilən əməliyyatla o, saxlanılıb.
Hazırda adı açıqlanmayan həmin şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system