NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycanın 15 general-polkovnikindən yalnız 1-i Qarabağ döyüşlərində iştirak edib - TAM SİYAHI

Oxundu: 3937
Azərbaycanın 15 general-polkovnikindən yalnız 1-i Qarabağ döyüşlərində iştirak edib - TAM SİYAHI

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa əsasən Azərbaycanda ən yüksək hərbi rütbə general-polkovnik və ordu generalı rütbələridir.

 

İslaminSesi Yeniavaz.com-a istinadən  xəbər verir ki, indiyı kimi Azərbaycan ordusunda ordu generalı rütbəsi daşıyan heç kim olmayıb. Yalnız prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan həqiqi dövlət ədliyyə müşaviri rütbəsi ordu generalı rütbəsinə bərabər tutulur ki, bu rütbə də indiyə kimi 2 şəxsə - sabiq baş prokurorlar İxtiyar Şirinova və Əli Ömərova verilib. Bunlardan başqa heç kim ordu generalı rütbəsinı sahib olmayıb. Prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan 1-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi isə general-polkovnik rütbəsinə bərabər tutulur.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda general-polkovnik hərbi rütbəsi daşıyan 15 şəxs var. Maraqlıdır ki, həm ordudada, həm də digər sahələrdə (Ədliyyə, gömrük, vergi və s.) general-polkovnik hərbi rütbəsinə bərabər rütbə daşıyan şəxslərdən yalnız bir nəfər 1-ci Qarabağ müharibəsi dövründə - 1992-93-cü illərdə döyüşlərdə iştirak edib:

 

1. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - 1-ci Qarabağ müharibəsi dövründə Rusiya Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

 

2. Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov - 1992-93-cü illərdən Silahlı Qüvvələrdə briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini kimi aktiv döyüşlərdə iştirak edib.

 

3. Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov - 1992-93-cü illərdə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin şöbə rəisi vəzifəsində çalışıb.

 

4. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov - 1-ci Qarabağ müharibəsi dövründə Naxçıvanda orta məktəbdə müəllim, daha sonra isə Özbəkistanda sahibkar kimi fəaliyyət göstərib.

 

5. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev - 1992-93-cü illərdə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi olub.

 

6. Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov - 1992-93-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi olub.

 

7. Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi, general-polkovnik Bəylər Əyyubov - 1992-93-cü illərdə nə işlə məşğul olduğu məlum deyil.

 

8. Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov - 1992-93-cü illərdə Milli Təhlükəsizlik nazirinini müavini olub.

 

9. Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik Səfər Əbiyev - 1992-93-cü illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini olub.

 

10. Sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov - 1992-93-cü illərdə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

 

11. Dövlət Gömrük Komitəsinin keçmiş sədri, general-polkovnik Aydın Əliyev - 1992-93-cü illərdə Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis olub.

 

12. Baş prokuror, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Zakir Qaralov - 1992-93-cü illərdə Prokurorluq orqanlarında çalışıb.

 

13. Ədliyyə naziri, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Fikrət Məmmədov - 1-ci Qarabağ müharibəsi dövründə Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb.

 

14. Sabiq Vergilər naziri, general-polkovnik (I dərəcəli dövlət vergi xidməti müşaviri) Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik) - 1992-93-cü illərdə Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.

 

15. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev - 1992-93-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi olub.
- Azərbaycanda genereal-polkovnik rütbəsi daşıyan daha bir şəxs isə SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı Tofiq Ağahüseynov hesab olunur. 1923-cü ildə anadan olan Tofiq Ağahüseynov 2-ci dünya müharibəsinin iştirakçısı olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system