NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 1507
Azərbaycanı tərk edən 1 milyon 147 minlik beyin axını - Acınacaqlı statistika

Azərbaycanı tərk edən 1 milyon 147 minlik beyin axını - Acınacaqlı statistika

Bu gün milyonlarla insan Azərbaycandan kənarda yaşayır. Elə 700 min insan Rusiyada yaşayır. Bu ilin birinci yarısında 5 min azərbaycanlı Rusiya vətəndaşı olub.

İslaminSesi BBC-ə istinadən bildirir ki, işsizlik, qeyri-sabitlik və təhlükəsizlik vətəndaşları ölkəni tərk etməyə məcbur edir. Azərbaycanın rəsmi statistikası isə normal rəqəmlər göstərir. Mütəxəssislər isə buna skeptik yanaşırlar və doğrunu əks etdirmədiyini deyirlər. "Migration Policy Institute" araşdırmalarına əsasən bu gün 1 milyon 147 min insan Azərbaycandan kənarda yaşayır. 767 min nəfər Rusiyada, 82 min insan Ukraynada, 48 min Qazaxıstanda, 20 min insan ABŞ-da, o qədər də Özbəkistanda, 19 min insan Almaniyada və 17 min insan Türkiyədə yaşayır. Rusiyanın federal xidmətlərinin verdiyi məlumatlara əsasən son 10 ildə köçənlərin sayı çox artıb. 

-Rusiyadan Azərbaycana gələnlər (açıq-mavi rəngdə)

-Azərbaycandan  Rusiyaya gedənlər (tünd -yaşıl rəngdə)(mənbə Rusiya federal statistika idarəsi)

 

 

 

Azərbaycan dövlət statistika idarəsinin təqdim etdiyi. 

- Azərbaycana gələnlər (tünd-yaşıl rəng)

-Azərbaycandan gedənlər (açıq-mavi)

 

Lakin Azərbaycan tərəfin statistikası bunu inkar edir. İqtisadiyyatçı Toğrul Maşallah bunun reallığı əks etdirmədiyini bildirib. 

 

Bəs niyə azərbacanlılar vətəni tərk edirlər?

 

İş.

Tomrid artıq 7 ildir ki, Rusiyada yaşayır. Bir otaqlı mənzil kirayələyib. Onun Rusiyaya üz tutmasının səbəbi işsizlikdir. 

 

 

Томрид на своей московской кухне

Təhlükəsizlik

 

Psixatr Rüstəmin Almaniyaya gəliş səbəbi təhlükəsizlikdir. "İki il öncə Binəqədidə uşaqların binada yanmasından sonra anladım ki, bu ölkədə təhlükəsizlik təmin olunmur." Ondan sonra alman dilini öyrənən Rüstəm artıq orada həkim işləyir. 

 

Квартира Рустама в маленьком городке Бад Шуссенрид недалеко от Мюнхена

Rüstəmin Almaniyadakı evi. 

 

Həyatın keyfiyyəti

 

Bu gün Rüstəm Almaniyanın balaca bir qəsəbəsində yaşayır. O bildirir ki, hər şeyi burada tapmaq mümkündür. Nədənsə ötrü qəsəbəni tərk etməyə ehtiyac yoxdur. O həmçinin bildirib ki, burada qiymətlər yuxarıdır, amma maaş da yaxşıdır. 

 

Perespektivin olmaması

 

Hazırda Varşavada yaşayan Lyudmila bildirir ki, Azərbaycanda gələcək yoxdur. O rüşvətin çoxluğundan da gileylənib. 

 

Митинг против коррупции

 

Aydın Mirzəzadı -parlamentin deputatı isə statistikanın düzgün olduğunu və miqrasiyanın normal davam etməsini açıqlayıb. "Dünya hərəkətdədir, təbii ki, azərbaycanlılar da miqrasiya edə bilər və istədikləri ölkədə yaşaya bilərlər. Hazırda hökumət işsizliklə və bir sıra problemlərlə mübarizə aparır. Təbii ki, biz gənc dövlətik. Özümüzün də problemlərimiz var. Ermənistanla müharibə vəziyyətindəyik."

 

Beyin köçü

Arif Yunis bildirib ki, əvvəllər insanlar iş axtarmağa gedərdilər, indi daha yaxşı həyat arzusu ilə vətəni tərk edirlər. İqtisadiyyatçı Toğrul Maşallah da bunu təsdiqləyərək artıq ziyalıların ölkəni tərk etdiyini bildirib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system